Qattuzo ölkəsinin klublarından birini çalışdıracaq
İtaliya milli komandasının sabiq futbolçusu Cennaro Qattuzo yeni mövsümdən ölkəsinin klublarından birini çalışdıracaq.

O, B seriyasında mübarizə aparan "Palermo" ilə rəsmi müqavilə imzalayıb. Bu barədə klubun prezidenti Maurizio Zamparini "İta Sport Press"ə açıqlamasında deyib: "Qattuzo yeni mövsümdən komandanı çalışdıracaq. O, İtaliya futbolunda iz qoyan oyunçulardan biridir. Qattuzonun klubumuzun baş məşqçisi olmasından məmnunam".

Xəbər 811 dəfə oxundu.