“Simurq” klubu daha bir futbolçunun keçidini rəsmiləşdirib
Heyətin formalaşdırmaqda davam edən Zaqatalanın “Simurq” klubu daha bir futbolçunun keçidini rəsmiləşdirib. Komanda Tural Axundovla rəsmi müqavilə bağlayıb.

Gənc futbolçu növbəti iki mövsümü Zaqatala təmsilçisinin heyətində mübarizə aparacaq. 25 yaşlı müdafiəçi “Simurq”un heyətində 18 nömrəli forma geyinəcək.

Qeyd edək ki, T.Axundovun son klubu paytaxtın “Rəvan” komandası olub.

Xəbər 1036 dəfə oxundu.