Yığma komanda Biləsuvarda müəyyən ediləcək
Mayın 18-də Biləsuvar Olimpiya İdman Kompleksində 4-cü Respublika Oyunlarının proqramına daxil olan boks idman növü üzrə 13-14 yaşlı yeniyetmələr arasında təşkil olunmuş yarışların final mərhələsinə start verilib.
Yarışlarda uşaq-gənclər idman məktəbləri, idman klubları, idman cəmiyyətləri və Olimpiya idman komplekslərinin komandaları iştirak edirlər.
Mayın 22-də yekun vurulacaq bu yarışların keçirilməsində əsas məqsəd iyulun 7-dən 16-dək Çeçenistanın Qroznı şəhərində təşkil olunacaq Məktəblilərin Avropa birinciliyində iştirak edəcək yığma komandamızın heyətinin formalaşdırılmasıdır.

Xəbər 1133 dəfə oxundu.