Müdafiəçi FİFA-dan gileylənib
Futbol üzrə Lüksemburq yığmasının yeni milliləşən müdafiəçisi Maksim Şano DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Müdafiəçi FİFA-dan gileylənib:
“Bizə Azərbaycanla oyunda heç də asan olmayacaq. Bilmirəm, FİFA belə oyunları niyə daxili çempionatlar bitəndən dərhal sonraya salır. Axı az qala bütün futbolçular mövsüm ərzində azı 40 oyun keçirmiş olurlar”.
Qeyd edək ki, Azərbaycan – Lüksemburq matçı iyunun 7-də Bakıdakı “Bakcell Arena”da keçiriləcək və saat 21:00-da start götürəcək.

Xəbər 751 dəfə oxundu.