Voleybol üzrə ÇL-nın püşkünün vaxtı bəlli olub
Voleybol üzrə Çempionlar Liqasının püşkatma mərasiminin vaxtı elan edilib.

İdman.com.az saytı xəbər verir ki, Avropanın ən nüfuzlu klub turnirində püşk iyunun 28-də atılacaq. Mərasim Avstriyanın paytaxtı Vyanada baş tutacaq. Tədbirdə həm kişi, həm qadın komandaların rəqibləri bəlli olacaq.

Xatırladaq ki, qadınların turnirində ölkəmizi ardıcıl ikinci il 3 komanda təmsil edəcək. Çempionlar Liqasında ölkəmizin idman şərəfini “Rabitə”, “Azərreyl” və “İqtisadçı” qoruyacaq.

Xəbər 711 dəfə oxundu.