«Orduspor» azərbaycanlı futbolçu istəyir
Türkiyənin «Orduspor» klubu heyətinə azərbaycanlı futbolçu qata bilər. Bu barədə klubun prezidenti Nedim Türkmen açıqama verib.

«Orduspor» Super Liqadakı yerini qoruya bilməyərək PTT 1-ci liqasına düşüb. Burda isə türkdilli dövlətlərdən olan futbolçular legioner sayılmır. Yəni TFF aşağı liqa klublarına bu ölkələri təmsil edən 3 futbolçunu yerli statusu ilə oynatmağa icazə verir.

Bu səbəbdən Nedim Türkmen Qazaxıstan və Azərbaycandan futbolçu ala biləcəklərini deyib: «Çaykur Rizəspor»un iki qazax futbolçusu – qapıçı David Loriya və müdafiəçi Samat Smakovla maraqlandıq. Yenə Qazaxıstan və Azərbaycandan əcnəbi oyunçular ala bilərik».

Qeyd edək ki, əvvəllər «Orduspor»da millimizin sabiq üzvü Anatoli Ponomaryov çıxış edib. O, 2010-cu ildə bu komandada 10 oyuna çıxaraq 3 qol vurub və karyerasını bitirib.

Xəbər 831 dəfə oxundu.