Nəziri Azərbaycanı Rumıniyanın tarixinə saldı
Rumıniya mətbuatı başa çatan mövsümlə bağlı statistik məlumatları təqdim edib. Siyahıda «Petrolul»un azərbaycanlı müdafiəçisi Elhad Nəziri ilə də bağlı maraqlı faktlar açıqlanıb.

Qeyd edək ki, Azərbaycan yığmasının futbolçusu «Petrolul»a qış transfer dönəmində Moldovanın «Milsami» klubundan keçib. Elhad yeni komandası ilə geridə qalan mövsümdə cəmi 184 dəqiqə meydanda olub.

Nəziri həm də Rumıniya futbolunun tarixinə düşüb. Belə ki, o, Azərbaycanın bu ölkədə çıxış edən ilk futbolçusu olub. Nəticədə, Azərbaycan Rumıniya çempionatında oyunçusu ilə təmsil olunan 51-ci ölkə kimi tarixə düşüb.

Xəbər 936 dəfə oxundu.