“Mançester Siti” ilk transferini reallaşdırıb
“Mançester Siti” ilk transferini reallaşdırıb. “Şəhərlilər” “Sevilya”nın yarımmüdafiəçisi Xesus Navasın keçidini həll edib.

Bu haqda İspaniya təmsilçisinin rəsmi internet saytı açıqlayıb. Navas tibbi müayinədən keçdikdən sonra “şəhərlilər”lə müqavilə imzalayacaq. Lakin ispaniyalı futbolçunun transferinin dəyəri haqda məlumat verilməyib.

Qeyd edək ki, Xesus Navas 2003-cü ildən “Sevilya”nın heyətində çıxış edir. O, bu illər ərzində 393 matçda forma geyinib. Navas “Sevilya”da iki dəfə İspaniya kuboku və Superkubokunu, iki dəfə UEFA kubokunu və bir dəfə də Avropa Superkubokunu qazanıb.

Xəbər 830 dəfə oxundu.