Karlos Türkiyədə jurnalistlərin suallarını cavablandırıb
Roberto Karlos Türkiyədə jurnalistlərin suallarını cavablandırıb. Cihan Özkaranın da şərəfini qoruduğu “Sivasspor”un yeni braziliyalı baş məşqçisi fikirlərini bölüşüb:

“Mənə bu imkanı verdikləri üçün “Anji”yə təşəkkür edirəm. İndi “Sivasspor” mənə peşəkarlığımı artırmaq və inkişaf etdirmək imkanını verir. Həmçinin mən də bunu istəyirdim. Ümid edirəm ki, “Beşiktaş”, “Roma” və “Real” kimi klublar mənim onlara başçılıq etməyimi istəyəcəklər. Mənim üçün başlamaq əhəmiyyətlidi, heç bir halda mütləq qorxmamaq lazımdı”.

Qeyd edək ki, Karlos “Sivasspor”la 1+1 illik müqavilə imzalayıb.

Xəbər 839 dəfə oxundu.