Şəkidə zona yarışları keçirilib
27–31 may tarixlərdə Şəki idman sağlamlıq mərkəzində idman məktəblərinin VI Respublika oyunlarının proqramına daxil olan stolüstü tennis üzrə 2000-ci il və daha kiçik təvəllüdlü oğlan və qızlar arasında zona yarışları keçirilib.

12 komandanın iştirakı ilə keçirilən yarışda qızlar arasında birinciyə Şəki, ikinciyə Gədəbəy, üçüncüyə Bakı komandası, oğlanlar arasında birinciyə Sumqayıt, ikinciyə Şəki, üçüncüyə Bakı komandası layiq görülüblər.

Sonda qaliblər finala vəsiqə qazanıblar.

Xəbər 993 dəfə oxundu.