Mourinyo sözləşmədən sonra azarkeşlərə səslənib
“Çelsi” ilə dörd illik müqavilə imzalayan Joze Mourinyo sözləşmədən sonra azarkeşlərə səslənib. Klubun rəsmi saytına danışan təcrübəli mütəxəssis azarkeşlərə komandanı əvvəlki günlərinə qaytaracağına dair söz verib:

“Aramızda heç bir fərq yoxdu. Mən də sizdən biriyəm. Karyeram ərzində “Çelsi” və “İnter”i daha istəklə sevdim. London klubunun mənim üçün ifadə etdiyi məna fərqlidi. 2004-ci ildə verdiyim sözləri təkrarlayıram”.

Mourinyo həmçinin qeyd edib ki, “Çelsi”dən təklif gəldiyi zaman qərar vermək üçün sadəcə bir neçə dəqiqə düşünüb.

Qeyd edək ki, “Çelsi” iyunun 10-da Mourinyo üçün rəsmi imzalanma mərasimi təşkil edəcək.

Xəbər 866 dəfə oxundu.