“Real”ın ilk rəsmi transferi
Yeni baş məşqçi axtarışlarını davam etdirən Madridin "Real" klubu ilk rəsmi transferini reallaşdırıb.

“Kral klubu” son mövsümün əvvəlində "Bayer"ə (Leverkuzen) satdığı Daniel Karvaxalı yenidən komandaya qaytarıb.

Bu transfer üçün "Real" Almaniya klubuna 6 milyon yarım avro ödəyib.

Qeyd edək ki, bu mövsüm 36 matçda forma geyən müdafiəçi Karvaxal bir qol vurub.

Xəbər 821 dəfə oxundu.