Mario Qomes Napolidə
Napoli Bavariya ilə Mario Qomesin keçidi ilə bağlı razılığa gəlib.

Bild qəzetinin məlumatına əsasən Qomes Napoli ilə 3 illik müqavilə imzalayıb.

Keçidin maliyyə tərəfləri ilə bağlı məlumat verilmir. Futbolçu 2009-cu ildən Bavariyanın şərəfini qoruyur. Bu mövsüm Qomes 33 oyunda 19 qol vurub.

Xəbər 985 dəfə oxundu.