«Sumurq»dan iki rəsmi transfer
2012/13 mövsümü bitdikdən sonra çox sayda futbolçunu yola salan «Simurq» heyətini gücləndirməyi də unutmur. Zaqatala klubu bu gün iki futbolçu ilə müqavilə bağlayıb.

«Simurq» ötən mövsüm «Turan»da forma geyinən Salif Ballo ilə 2 illik müqavilə imzalayıb. Ötən mövsümü AZAL-da keçirmiş Taqim Novruzov isə 1+1 sistemi üzrə anlaşmaya imza atıb. Yarımmüdafiəçi Zaqatala təmsilçisinin heyətində 8 nömrəli forma ilə mübarizə aparacaq.

Qeyd edək ki, ölkəmizdə bundan əvvəl «Xəzər Lənkəran» və «Turan»da çıxış edən Salif Ballo başa çatan mövsümdə Tovuz klubunun heyətində 28 oyuna çıxaraq 2111 dəqiqə oynayıb və 12 qol vurub. 24 yaşlı malili yarımmüdafiəçi Premyer Liqanın bombardirlər yarışında 4 futbolçudan – Nikolas Kanales (26 qol), Junior Nildo (21), Xuan Manuel Varea (14) və Riçarddan (13) geri qalıb.

Ötən mövsüm «Rəvan»dan AZAL-a keçən Taqim isə Premyer Liqada 23 oyuna çıxıb. 24 yaşlı yarımmüdafiəçi bu oyunlarda 2411 dəqiqə oynayıb, 1 qol vurub və 11 sarı vərəqə alıb.

Xəbər 1012 dəfə oxundu.