Rövşən Əmiraslanov müqavilə bağladı
«Simurq» daha bir transferini rəsmiləşdirib. Zaqatala klubu Rövşən Əmiraslanovla iki illik müqavilə imzalayıb. 27 yaşlı yarımmüdafiəçi Zaqatala təmsilçisinin heyətində 9 nömrəli forma ilə mübarizə aparacaq.

Qeyd edək ki, Rövşənin son klubu «Qəbələ» olub. 2011-ci ildə «Qəbələ»yə keçən futbolçu Premyer Liqada cəmi 11 oyuna çıxaraq 565 dəqiqə oynaybı. O, «İnter»də oynadığı vaxt «Simurq»un indiki baş məşqçisi Georgi Çixradze bu klubda məşqçi işləyirdi. Əmiraslanov əvvəllər MOİK və «Masallı»da çıxış edib.

Xəbər 836 dəfə oxundu.