"Anji" "Qalatasaray"ın hücumçusunu istəyir
"Qalatasaray"ın hücumçusu Burak Yılmazı Rusiyanın "Anji" klubu transfer etmək istəyir.

Bunun üçün İstanbul klubuna 6 milyon avroluq təklif göndərilib.

Buraka daha yaxşı təklif gəlməyəcəyi halda "Cim-Bom"un futbolçunu "Anji"yə satacağı istisna olunmur.

Qeyd edək ki, 27 yaşlı futbolçu ilə "Çelsi, "Atletiko" (Madrid) və "Fiorentina"nın da maraqlandığı iddia edilir.

Xəbər 811 dəfə oxundu.