“Xəzər Lənkəran”ın yeni transferi danışdı
İsveçlə səfərdə görüşəcək Makedoniya milli komandası Malmödə son məşqini reallaşdırıb. Yoxlama görüşündən öncə “Xəzər Lənkəran”la yenicə müqavilə bağlayan Nikolo Qliqorov ölkəsinin mətbuatı ilə oyun öncəsi öz fikirlərini bölüşüb:

“İsveç millisi çox güclü heyətə malikdi. Rəqibə hörmət edirik. Malmödə bizim üçün çətin oyun olacaq. Ancaq bura məğlub olmağa gələməmişik. Komandamızın heyətində itkilər var. Lakin ümid edirik ki, yeni futbolçularımız komandaya tez bir zamanda uyğunlaşa bilərlər. Düzdü buna bir qədər zaman lazımdı. Lakin onlar özlərini ən yaxşı tərədən göstərməlidilər”.

Xəbər 794 dəfə oxundu.