Marten müqavilə imzalayacaq
İtaliya Romasının qapıçısı Marten Stekelenburq Fulhemlə müqavilə imzalayacaq.

İdman.com.az saytının məlumatına görə, paytaxt təmsilçisi artıq Hollandiya yığmasının qapıçısına əvəz tapıb. Klub Santosun qapıçısı Rafaellə müqavilə imzalamağa yaxındır. Bundan əlavə Roma çox güman ki, Mərakeşli müdafiəçi Mehdi Benatiyanı 10 milyon avroya transfer edəcək.

Xəbər 622 dəfə oxundu.