«Beşikdaş»da qapıya iki namizəd var
Alan Makqreqorun satışından gələn pul «Beşikdaş» rəhbərliyini sevindirdi. Qara-ağlılar, qapısını yerli bir adla möhkəmlədəcək. İdman.com.az saytı xəbər verir ki, Tolqa Zəngin ve Sinan Bolad «ağ-qaralar»ın namizəd siyahısında yer alırlar. Ötən mövsümün əvvəlində Qlazqo «Reyncers»indən əvəzsiz olaraq komandaya qazandırılan şotland qolkiper, «Beşikdaş»ın son dövrdəki ən qazanclı transferlərindən biri olub.

İngiltərə Premyer Liqasına yüksələn «Hall Siti» onu 1 milyon 800 min funt qarşılığında sıralarına qatdı. Heyətində Cenk Gönen kimi milli və gənc bir ad saxlayan «Beşikdaş» Makqreqorun gedişiylə birlikdə qapısına möhkəmlətmək üçün işlərinə sürət verdi. Qara-ağlıların gündəminə yenə yerli qapıçılar düşüb.

«Trabzonspor»da özünü xoşbəxt saymayan və son aylarda adı «Beşikdaş»la xatırlanan Tolqa Zengin İstanbula gəlməyə müsbət baxır. «Trabzonspor»da göstərdiyi oyunuyla Türkiyənin sayılan qapıçılarından biri olduğunu sübut edən Tolqa, qara-ağlıların transfer siyahısında ilk sırada yer alır.

«Qara qartallar»da qapıya alternativ namixəd isə Sinan Bolatdı. Hər transfer dövründə adı böyük klublarla xatırlanan Lyej «Standard»ının 24 yaşlı qolkiperi Sinan Boladın Belçika klubuyla olan müqaviləsi 30 iyunda sona çatır.

Xəbər 918 dəfə oxundu.