Balakəndə ulu öndərin xatirə turnirləri keçirilib
Balakən rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə bir sıra idman tədbirləri keçirilib.
Sərbəst güləş turnirdə 14 çəki dərəcəsində 114 yeniyetmə güləşçi mübarizə aparıb. Qalib adını İslam Qurbanov (23 kq), Fərid Xəmmədov (26 kq), Məhəmməd Hədisov (29 kq), Rəsul Qurbanov (32 kq), Coşqun Hudulov (35 kq), Tariyel Paçalov (38 kq), Məhəmməd Osmanov (42 kq), Əlı Şeşederov (47 kq), Davud Xalayev (53 kq), Asim Məmmədov (59 kq), Əli Çixinov (66 kq), Abdul Abdullayev (73 kq), Abdul Əliyev (85 kq) qazanblar.
10 məktəbin iştirakı ilə keçirilmiş voleybol turnirində 1-ci yeri Tülü məktəbinin, 2-ci yeri Sarıbulaq məkndətəbinin, 3-cü yeri Kortala kənd orta məktəbinın komandaları tutublar.
Qabaqçöl qəsəbə orta məktəbində keçirilmiş yunan-roma güləşi üzrə yarışda Balakən və Zaqatala rayonundan 142 idmançı mübarizə aparııb. Qalib adını lər:
Abdulla Maçanov (23 kq), Şamil Şuxiyev (26 kq), Əhməd Əlibəyov (29 kq), Şeyx Bazarov (32 kq), Murad Əhmədiyev (35 kq), Əli Şitiyev (38 kq), Elvin Novruzov (42 kq), Əsəd Tinavasov (46 kq), Ramazan Artunov (50 kq), Xalid Xalidov (54 kq), Ömər Kərəmov (58 kq), Elvin Qantayev (65 kq), Məhəmməd Ömərov (69 kq),
Əli Bahaldinov (76 kq) və Məhəmməd Bazarov (85 kq) qazanıblar.
“N” saylı hərbi hissədən Olimpiya İdman Mərkəzinə kimi olan məsafədə kross üzrə rayon birinciliyibdə 500-dən artıq məktəbli iştirak edib. Oğlanlar arasında 1-ci yeri Sakit Verdiyev, 2-ci yeri Davud Nəbiyev, 3-cü yeri Amil Əhmədov tutublar. Qızlar Aişə Qarabaltayeva 1-ci, Tinay Şitiyeva 2-ci, İlhamə Həsənova 3-cü olublar.
Bütün yarışlarda qalib gələn idmançılar Balakən rayon Gənclər və İdman İdarəsinin diplom və qiymətli hədiyyələri ilə təltif olunublar.

Xəbər 3813 dəfə oxundu.