«Portu» II Qəbələ kubokuna sahib oldu
15 yaşadək futbolçular arasında təşkil olunmuş II Qəbələ kubokuna bu gün yekun vuruldu. İdman.com.az saytı xəbər verir ki, saat 15:00-da başlamış bürünc mükafat uğrunda görüşdə Donetsk «Şaxtyor»u «Barselona»ya 0:2 hesabı ilə uduzdu.

18:30-da start götürmüş finalda mübarizəsində Niderlandın «Feyenoord» klubu «Portu» (Portuqaliya) ilə qarşılaşdı. Qarşılıqlı hücumlar şəraitində keçmiş ilk yarıda «zambaqlar» 2:0 irəlidə olsalar da, üstünlüyünü sonunadək qoruya bilmədi. Pireneylilər hesabda tarazlıq yaratdılar – 2:2.

İkinci hissədə tərəflər çox çalışsa da, daha qol vura bilmədilər. 11-metrlik cərimə zərbələrində «Portu»un futbolçuları sərrast oldular - 4:1.

Qeyd edək ki, Azərbaycan təmsilçilərindən «Bakı» 6-cı, «Qəbələ» 7-ci yer tutdu.

Kamran HACI, Qəbələ


Xəbər 843 dəfə oxundu.