«İnter» transfer çalışmalarını davam etdirir
«İnter» transfer çalışmalarını davam etdirir. Bank klubunun heyətinə qatmaq istədiyi futbolçulardan birinin kimliyi müəyyənləşib.

Portuqaliya mətbuatının məlumatına görə, «İnter»in baş məşqçisi Kaxaber Tsxadadze «Akademika»nın üzvü Elder Kabralı komandasında görmək istəyir. 29 yaşlı sol cinah müdafiəçisi hələlik «Akademika»nın yeni müqavilə təklifini qəbul etməyib və hazırda azad agentdi. Bum əqam «İnter»in şansını artırır. Lakin portuqaliyalı oyunçu yekun qərarını hələ verməyib.

Qeyd edək ki, məşhur «Sportinq» klubunun aşağı yaş qrupunda Kriştiano Ronaldo ilə birgə oynamış 29 yaşlı futbolçu 2009-cu ildən «Akademika»da çıxış edir (72 oyun, 1 qol). O, başa çatan mövsümdə Portuqaliya Premyer Liqasında 19 oyuna çıxıb və 1649 dəqiqə oynayıb.
Elder əvvəllər Portuqaliyanın «Vitoriya» (2003-2007, 21 oyun), «Draqoes» (2003-2004, 35 oyun, 7 qol), «Valdevez» (2004-2005, 21 oyun), «Moreyrense» (2006, 13 oyun, 1 qol), «Estrela» (2007-2008, 19 oyun, 1 qol) və Danimarkanın «Vejle» (2008, 4 qol) klublarında çıxış edib.

Kabral Portuqaliyada doğulsa da, valideynləri Kape Verde vətəndaşıdı. Bu ölkənin yığmasından ona 2011-ci ildə dəvət gəlib. Amma futbolçu gələcəkdə Portuqaliya millisində oynamaq istədiyini deyərək təklifdən imtina edib.

Xəbər 846 dəfə oxundu.