“Fənərbaxça”dan Ardaya böyük təklif
Daha öncə Arda Turanı istəyib, lakin heyətinə qata bilməyən Əziz Yıldırım bu dəfə daha iddialıdı. Yıldırımın “Atletiko”da forma geyən Ardaya göndərdiyi təklif ortaya çıxıb.

Türkiyə mətbuatının yaydığı xəbərdə klub prezidenti Turana bir illik 8 milyon avro təklif edib. Bundan əlavə “sarı-lacivərtlər” imza dəyəri olaraq 4 milyon avro və 4 milyon avroluq zəmanət məbləği ilə 5 illik müqavilə təklif edilib.

Xəbər 1154 dəfə oxundu.