Beyləqanda açıq rayon birinciliyi keçirilib
3-5 may tarixlərində Beyləqan rayon Gənclər və İdman idarəsinin təşkilaçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş sərbəst və Yunan-Roma güləşi üzrə yeniyetmələr arasında açıq rayon birinciliyi keçirilib.

Beyləqan rayon Mədəniyyət evinin idman zalında 5 komanda 129 nəfər idmançının iştirakı ilə keçirilən yarışın məqsədi ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinin qeyd edilməsi, sərbəst və Yunan-Roma güləşi idman növünün inkişaf etdirilməsi, Rayonun yığma komandasını formalaşdırılması, digər rayon idmançıları ilə əlaqələrin möhkəmləndirilməsi olub.

Xəbər 971 dəfə oxundu.