Abidal "Barselona"dan göz yaşları ilə getdi
"Barselona"nın futbolçusu Erik Abidal katalon klubu ilə vidalaşıb.

Bu gün müdafiəçi üçün keçirilən xüsusi mətbuat konfransında fransız oyunçu gözyaşları içində daha katalon klubunda forma geyməcəyini deyib.

"Barsa" ilə müqaviləsi iyunun 1-i bitən və yeni sözləşmə imzalamayan Abidal açıqlamasında bu günun onun üçün çox çətin olduğunu qeyd edib: "Burada altı il oynadım və bu, həyatımın ən böyük təcrübəsi oldu. Komandam mənim ikinci ailəm idi. Burada yaşadıqlarımı heç vaxt unutmayacam. Belə komanda yoldaşlarına sahib olduğum üçün çox şanslıyam. Mənə güvənən baş məşqçimə də təşəkkür edirəm."

Abidal həmçinin bildirib ki, "Barselona”da qalmağı çox istəyib: "Amma klub rəhbərliyi başqa cür fikirləşdi. Komandanı tərk edirəm, lakin kluba qayıda bilərəm. Səhhətim imkan versə, daha iki il futbola davam etmək istəyirəm".

Sonda futbolçu bütün komanda yoldaşları və məşqçiləri ilə tək-tək vidalalaşıb.

Xəbər 1037 dəfə oxundu.