Braziliyalılar alman klubunu finalda yalnız buraxacaq
“Bavariya”nın iki futbolçusu - müdafiəçi Dante və dayaq yarımmüdafiəçisi Luis Qustavo Almaniya Kubokunun finalında “Ştutqart”a qarşı matçda komandalarına kömək etməyəcəklər.

Bu haqda Münhen klubunun idarə heyətinin sədri Karl-Hayns Rummenigge açıqlama verib. O, Dante və Qustavonun artıq Braziliyaya getdiklərini və onların öz milli komandasının heyətində Konfederasiyalar Kubokuna hazırlaşacaqlarını ifadə edib. Rummeniqqe onu da qeyd etdi ki, Dante və Luis hətta final matçı üçün Berlinə də gəlməyəcəklər.

Xəbər 920 dəfə oxundu.