Leonardo cəza alıb
Fransa Futbol Federasiyasının Nizam-İntizam komitəsi PSG-nin idman direktoru Leonardonu 9 aylığa diskvalifikasiya edib.

İdman.com.az saytının məlumatına görə, hakim braziliyalı Valensyenlə qarşılaşmada Aleksandro Kastronu itələdiyinə görə bu cür cəza alıb. Belə ki, bu cəza səbəbndən Leonardo bir neçə müddət ərzində ehtiyat oyunçular skamyasında əyləşə bilməyəcək və öz funksiyalarını rəsmi olaraq yerinə yetirə bilməyəcək.

Həmçinin əlavə edək ki, bu hərəkətinə görə PSG klubu gələn mövsümü oyuna mənfi 3 xalla başlayacaq.





Xəbər 711 dəfə oxundu.