Fiqo: "Mourinyonun göndərilməsi çox düzgün qərardı"
Portuqaliya futbolunun canlı əfsanəsi və "Real"ın sabiq üzvü Luiş Fiqo Joze Mourinyonun Madrid klubundan gedişindən danışıb. Portuqaliyalı çalışdırıcının klubdan göndərilməyin düzgün qərar olduğunu deyən Fiqo bu sözləri deyib:

"Belə olacağını gözləyirdim. Məncə, Mourinyonun göndərilməsi çox düzgün qərardı. Bu fikrimlə hər kəsin razılaşacağını da gözləmirəm".
Mourinyonun "Real"ın təcrübəli qapıçısı İker Kasilyasa heyətdə şans verməməsini də dəyərləndirən keçmiş futbolçu fikrini belə izah edib:
"Real"da hər kəs mənim dostumdu. Mourinyonun verdiyi qərarlar taktiki və texniki cəhətdən doğru olam bilər. Bu qərarları bəyənməsəniz də, hörmətlə yanaşmalıyıq".

Xəbər 929 dəfə oxundu.