«Mourinyo İngiltərə futbolu üçün fəlakət olacaq»
«Bəlkə «Çelsi» Joze Mourinyonun klub keçmişindəki uğurları xatırlayaraq onları yenidən qazanacağını düşünüb və onu baş məşqçi postuna qaytarıb. Amma Mourinyonun həqiqi üzünü indi görəcək». Bu sözləri «Barselona»nın vitse-prezidenti Karles Vilarrubi deyib.

«Barsa» rəsmisi portuqaliyalı mütəxəssisin İngiltərə futbolu üçün fəlakət olacağını bildirib: «Mourinyo artıq yaşı keçmiş bir insandı və bundan sonra xarakterini dəyişməyəcək. Bu «Çelsi» və İngiltərə futbolu üçün fəlakət olacaq».

Xəbər 1067 dəfə oxundu.