“Rəvan” beş yerli idmançı ilə də yollarını ayırıb
Bakının “Rəvan” futbol klubu növbəti mövsümdə iki legioner futbolçunun ardından beş yerli idmançı ilə də yollarını ayırıb.

Komanda moldovalı müdafiəçi Nikolay Orlovski və syerra leoneli yarımmüdafiəçi Samuel Barlayın ardından Nuran Qurbanov, Vüsal Qarayev, Tural Cəlilov, Ramil Həşimzadə və Emin Mustafayev ilə qarşılıqlı razılıq əsasında yollarını rəsmən ayırıblar.

Xəbər 697 dəfə oxundu.