«Rəvan»ın heyətində islahatlar davam edir
«Rəvan»ın heyətində islahatlar davam edir. Paytaxt klubu moldovalı müdafiəçi Nikolay Orlovski və sierra leoneli yarımmüdafiəçi Samuel Barlayın ardıca daha 5 futbolçu ilə yolları rəsmən ayrıb.

Bu dəfə gedənlər yerli futbolçulardı. Belə ki, «Rəvan» Vüsal Qarayev, Ramil Həşimzadə, Emin Mustafayev və Tural Cəlilovla vidalaşıb. «Qəbələ»dən icarəyə götürülən Nuran Qurbanovun da müqaviləsi başa çatıb və yola salınıb.

Qeyd edək ki, Vüsalla Turalın müqavilə müddəti bitib və rəhbərlik onlarla əməkdaşlığın davam etməsində maraqlı olmayıb. Ramil və Eminin isə müqaviləsi qarşılıqlı razılıq əsasında pozulubö
«Rəvan» adıçəkilən futbolçulara təşəkkür edib və onlara gələcək karyeralarında uğurlar arzulayıb.

Xəbər 1091 dəfə oxundu.