«Mançester Siti» ilə anlaşdım»
«Mançester Siti»nin yeni baş məşqçisinin kimliyi müəyyənləşib. Premyer Liqa klubunu bundan sonra Manuel Pelleqrini çalışdıracaq.

Bu barədə çilili mütəxəssis özü açıqlama verib: «Hələ rəsmi müqavilə imzalamasaq da, «Mançester Siti» ilə anlaşmışam və yaxın günlərdə münasibətlərimizi rəsmiləşdirəcəyik».

Qeyd edək ki, 2010-cu ildən «Malaqa»nı çalışdıran Pelleqrini başa çatan mövsümdə komandanı Çempionlar Liqasının 1/4 finalına çıxarmış və mövsümün sonunda da istefa vermişdi. O, əvvəllər «Real», «Vilyarrel», «River Pleyt» kimi məşhur klublara rəhbərlik edib».

Xəbər 865 dəfə oxundu.