«İnter» «Terek»ə rəqib oldu
«İnter» Avropa Liqasının təsnifat mərhələsindən öncə iki təlim-məşq toplanışı keçəcək. İyunun 2-dən 11-dək Türkiyədə baş tutacaq toplanış çərçivəsində «bankirlər» qardaş ölkənin aşağı liqasında mübarizə aparan klublarla iki yoldaşlıq matçı keçirməyi planlaşdırır.

İyunun 14-də start götürəcək Avstriya toplanışındasa «İnter» 5 yoxlama oyunu keçirəcək. Belə ki, ayın 18-də və 19-da Kaxaber Tsxadadzenin yetirmələri Avstriya klubları ilə qarşılaşacaq. Rəqiblərin adları hələlik məlum deyil.

Ayın 22-də «İnter» Rusiya Premyer Liqasının təmsilçisi «Terek”»lə (Qroznı) üz-üzə gələcək. İki gün sonra «bankirlər»in rəqibi Çexiyanın «Slaviya» klubu ilə qarşılaşacaq. İyunun 27-də isə Azərbaycan çempionatının bürünc mükafatçısını Rumıniyanın «Buxarest» klubu ilə görüşəcək.

Xəbər 772 dəfə oxundu.