Qadın güləşçilərimiz Avstriyada qüvvələrini sınayacaq
31 may-2 iyun 2013-cü il tarixdə Avstriyanın Getsiz şəhərində qadın güləşi üzrə XV Beynəlxalq Turnir keçiriləcək. Sərbəst güləş üzrə qadınlardan ibarət yığma komandamız nəzərdə tutulan təqvim planına əsasən həmin turnirdə iştirak edəcək.

Daha sonra komandamızın üzvləri, turnirdə iştirak edən yığma komandaların iştirakı ilə keçirilən beynəlxalq təlim-məşq toplanışına qatılacaq.

Baş məşqçi Yaqub Məmmədov və məşqçi Aslan Ağayevin rəhbərliyi altında turnirdə və TMT-da ölkəmizi Şəfəq Muradzadə (48 kq), Anjela Doroqan (51 kq), İrina Netreba (59 kq), Yuliya Ratkeviç (59 kq, ehtiyat), Anna Belyayeva (63 kq), Natalya Palamarçuk (67 kq) və Dina İvanova (72 kq) təmsil edəcək.

Turnir zamanı görüşlərin idarə edilməsi beynəlxalq dərəcəli hakim Sədi Quliyev iştirak edəcək.

Xəbər 992 dəfə oxundu.