Muslera “Barselona”dan danışdı
Hazırda Uruqvay millisinin təlim-məşq toplantısı üçün “Qalatasaray”dan ayrılan Fernando Muslera vətənində mətbuata açıqlama verib. Muslera “Barselona” arzusundan danışıb:

“Barselona” mənim üçün bir yuxu olar. Lakin, bunlar hamısı mətbuatda çıxan xəbərlərdi. Menecerimə və mənə gələn rəsmi təklif yoxdu. Xüsusilə, Messi ilə bir komandada oynamaq, bir paltardəyişmə otağını paylaşmaq qürurvericidi. Məncə Messi dünyanın ən yaxşısıdı”.

Xəbər 932 dəfə oxundu.