Yuri Syomin: «İstənilən məşqsi Qəbələdə işləməyə razılıq verər»
Bu gün «Qafqaz Sport» mehmanxanasında «Qəbələ» klubunun baş məşqçisi Yuri Syominin təqdimatı keçirildi. İdman.com.az saytı xəbər verir ki, rusiyalı mütəxəssis Azərbaycana gəlməkdən məmnunluq ifadə etdi:

«Şəraitlə tanış olmuşam. «Qəbələ»nin bir neçə oyununu izləmişəm. Hesab edirəm ki, burada olan infrastruktur ən yaxşılardandır və istənilən məşqsi Qəbələdə işləməyə razılıq verər».

Təcrübəli çalışdırıcı dedi ki, qarşıya ciddi məqsədlər qoyulub. Amma bunu gerçəkləşdirmək asan olmayacaq: «Azərbaycan çempionatı güclüdür. «Neftçi», «İnter» və «Xəzər-Lənkəran» səviyyəli komandalardır. Daxili yarışmada daim gərginlik var. Çalışacağıq ki, biz də nəyisə ortaya qoyaq».

Qeyd edək ki, Yuri Syominlə 1+1 ililk müqavilə bağlanıb.

Kamran HACI, Qəbələ


Xəbər 868 dəfə oxundu.