Aykut Kocaman istefa verdi
Fənərbağçanın baş məşqçisi Aykut Kocaman istefaya göndərilib. Dünən keçirilən toplantıda Kocamanla Əziz Yıldırım arasında gərginlik baş verib. Bunun səbəbi naməlum olaraq qalıb. Baş məşqçi yalnız, "artıq yorulmuşam, buraxın məni", sözlərini işlədib. Bəzi şayiələrə görə prezidentlə baş məşqçi arasında mübahisənin səbəbi Aykutun Londonda Əzizin qardaşı Əli Yıldırımla görüşməsidir. Belə ki, iki qardaşın aralarındakı münasibət yaxşı deyil. Məhz bu səbəbdən də Əziz Yıldırım Aykut Kocamanın əlindən əsəbiləşib.

Qeyd edək ki, bu gün artıq istefa qərarı rəsmən elan ediləcək. Bütün bu məlumatları Türkiyənin Habertürk agentliyi yayıb.

Əlavə edək ki, Əziz Yıldırım yaxınlarında olan adamlara "Nə istefa , hər ikisini qovmuşam" , deyib.

Xəbər 874 dəfə oxundu.