«Neftçi» daha bir rekorda imza atıb
Bu mövsüm 8-ci dəfə Azərbaycan çempionu olaraq rekorda imza atan «Neftçi» ötən gün tarixində 5-ci ölkə kubokunu qazanıb. «Ağ-qaralar» daha bir rekorda imza atıb.

Belə ki, «Neftçi» artıq Azərbaycan Kubokunu ən çox qazanan komandadı. Dünənədək Bakı klubu «Kəpəz»lə eyni sayda – 4 dəfə kubokun qalibi olmuşdu.

20-ci Azərbaycan Kubokunun qalibi olan «Neftçi» 9 illik həsrətinə də son qoyub. Belə ki, komanda sonuncu dəfə 2003/04 mövsümündə bu turnirin qalibi olmuşdu. «Ağ-qaralar» həmçinin 1994/95, 1995/96 və 1998/99 mövsümlərində də kuboku başı üzərinə qaldırıb.

Qeyd edək ki, 20 Azərbaycan Kubokunu «Neftçi» 5, «Kəpəz» 4, «Xəzər Lənkəran», «Qarabağ» və «Bakı» 3, «İnşaatçı» və «Şəfa» isə 1 dəfə qazanıb.

Xəbər 865 dəfə oxundu.