“Qəbələ” öz yarışına heç-heçə ilə başladı
Bu gün II Qəbələ kuboku başladı. İdman.com.az saytı xəbər verir ki, 15 yaşadək futbolçular arasında təşkil olunan beynəlxalq turnirdə 8 klub qüvvəsini sınayır. Yarışda ölkəmizi “Qəbələ” və “Bakı” klubları təmsi edir.

Səhər baş tutmuş matçlarda cəmi 10 qol vuruldu. Ev sahibləri “Şaxtyor”la heç-heçə etdi - 1:1. “Zolaqlılar” güclü “Zenit” qarşısında aciz qaldı (0:2).

İlk turda Pireney təmsilçiləri - “Barselona” və “Portu” qalib gəldilər.
Bu gün daha 1 matça çıxacaq komandalar açılış mərasimindən sonra, növbəti turun görüşlərini keçirəcərkər.

II Qəbələ kuboku
I tur

“A” qrupu
“Qəbələ” (Azərbaycan) – “Şaxtyor” (Ukrayna) - 1:1
“Beşikdaş” (Türkiyə) – “Barselona” (İspaniya) - 1:3

“B” qrupu
“Portu” (Portuqaliya) – “Feyenoord” (Niderland) - 1:0
“Bakı” (Azərbaycan) – “Zenit” (Rusiya) - 0:2

II tur

“A” qrupu
19:00. “Qəbələ” – “Beşikdaş”
20:30. “Şaxtyor” – “Barselona”

“B” qrupu
19:00. “Portu” – “Bakı”
20:30. “Feyenoord” – “Zenit”

Kamran HACI, Qəbələ

Xəbər 900 dəfə oxundu.