Goranboyda rayon birinciliyi keçirilib
24-25 may 11-14 yaşlı yeniyetmələr arasında uşaqların beynəlxalq müdafiəsi gününə həsr olunmuş ağır atletika üzrə rayon birinciliyi keçirilib.

Goranboy rayonu Nərimanlı kəndində 52 idmançı 5 məşqçi 3 hakimin iştirakı ilə keçirilən yarışın məqsədi uşaqların beynəlxalq müdafiəsi gününün qeyd olunması, ağır atletika növünə marağın artırılması, uşaqların fiziki hazırlığının daim diqqətdə saxlanılması, dostluq və yoldaşlıq əlaqələrinin gücləndirilməsi, rayon komandasının komplektləşdirilməsi olub.

Sonda qaliblər Gənclər və İdman İdarəsinin fəxri fərman və medalları ilə mükafatlandırılıblar.

Xəbər 1007 dəfə oxundu.