Karvalyo karyerasını artıq Monakoda davam etdirəcək
"Real"ın mərkəz müdafiəçisi Rikardo Karvalyo karyerasını artıq Monakoda davam etdirmək qərarına gəlib.

İdman.com.az saytının klubun rəsmi saytından əldə etdiyi məlumata əsasən tərəflər arasında 1+1 sxeminə uyğun olaraq müqavilə imzalayıblar.

Qeyd edək ki, Rikardo bu kluba azad agent statusu ilə keçib. Onun kral klubu ilə müqaviləsi isə 3 gündən sonra tam başa çatacaq. Müdafiəçi son mövsümdə "Real"ın heyətində olduğu zaman yalnız 8 oyunda meydanda iştirak edib.

Xəbər 1011 dəfə oxundu.