“Beşiktaş”ın qapıçısı Premyer Liqada
“Beşiktaş”ın qapıçısı Allan Makqreqor karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək. Şotlandiyalı qolkiper “Hall Siti”yə transfer olunub.

31 yaşlı qapıçının keçidi ingilis klubuna 1 milyon 800 funt-sterlinq dəyərində başa gəlib.

Qeyd edək ki, Makqreqor cari mövsümdə “Beşiktaş”ın formasını 26 dəfə geyinib.

Xəbər 950 dəfə oxundu.