Con Toşak oyun haqda şərh verib
“Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak ölkə kubokunun finalında “Neftçi”yə penaltilər seriyasında uduzduqları oyunu və baş verən qalmaqalı şərh edib.O, məğlubiyyətə görə məyus olduğunu bildirib. Qalmaqal haqda danışan uelsli mütəxəssis qeyd edib ki, meydana daxil olarkən “Neftçi” futbolçularını təbrik etmək istəyib: “Saşa Stamenkoviçə isə demək istəyirdim ki, bizim futbolçular penalti vuran zaman onun hərəkətləri yolverilməz idi”.
Toşak “Neftçi”nin hazırda Azərbaycanın ən güclü komandası adıandırıb və onlara Çempionlar Liqasında uğurlar arzulayıb.

Xəbər 694 dəfə oxundu.