Türkiyə milli komandası ilk yoldaşlıq matçını keçirib
Almaniyada təlim-məşq toplanışında olan Türkiyə milli komandası ilk yoldaşlıq matçını keçirib. “Ay ulduzlular” Latviya yığması ilə qüvvəsini sınayıblar.

Duysburq şəhərinin “Şauynsland-Rayzen-Arena”sında baş tutan oyunda qalib müəyyənləşməyib. Görüş 3:3 hesabı ilə başa çatıb.

Matçda qardaş ölkə yığmasının heyətində Olcay Şahan, Selcuk İnan və Veysel Sarı fərqlənib. Latviyalıların qollarına isə Edqars Qauraçs və Valeri Şabala imza atıb. Həmçinin sonuncu dubl edib.

Qeyd edək ki, FİFA-nın may ayı üçün reytinq cədvəlində Türkiyə 44-cü, Latviya isə 110-cu yerdə qərarlaşıb.

Xəbər 853 dəfə oxundu.