Klaudio Ranyerinin yeni heyəti
"Monako" klubu yeni mövsüm quracaq heyətin adlarını artıq açıqlayıb.

İdman.com.az saytının məlumatına görə, bu haqda Fransanın nüfuzlu "Ekip" nəşrində geniş şəkildə qeyd edilib. Belə ki, 200 milyon avro müqabilində rəqabətədavamlı komanda qurmaq istəyən Knyazlıq klubu artıq bir neçə futbolçunu da heyətinə qatıb. Amma Klaudio Ranyerinin komandası bununla kifayətlənmək niyyətində deyil. Hazırda klubun transfer siyahısında bir sıra futbolçuların adları da var.

Qeyd edək ki, əgər həmin transferlər baş tutsa, yeni mövsümdə "Monako"nun ilk 11-liyi belə olacaq.

Qapıçı: Viktor Valdes
Müdafiəçilər: Branislav İvanoviç, Raqi, Rikardo Karvalyo, Fabio Koentrao
Yarımmüdafiəçilər: Xames Rodriqes, Joa Moutinyo, Delvin Ndinqa,Yannik Karrasko
Hücumçular: Radamel Falkao, Karlos Teves



Aynurə

Xəbər 763 dəfə oxundu.