Milli komandalarımızı London-2012 aparacaq yol
Avropa Voleybol Konfederasiyası London-2012-yə lisenziya yarışlarının vaxtını açıqlayıb. Mübarizəyə öncə qadın voleybolçular başlayacaqlar. Xanımların olimpiadaya təsnifat turniri noyabrın 8-13-də keçiriləcək.
Final mərhələsi 2012-ci il mayın 1-6-da Türkiyədə olacaq.
Kişi voleybolçular arasında yarış noyabrın 22-də start götürəcək və 5 gün davam edəcək. Bu komandaların həlledici oyunlarına Bolqarıstan ev sahibliyi edəcək (8-13 may, 2012).
Qeyd edək ki, həmişə final mərhələsi yanvarda keçirilsə də, indi ilk dəfə təqvimə dəyişiklik olunub.
Təsnifat yarışlarına qadınlardan və kişilərdən ibarət Azərbaycan milli komandaları da qatılacaqlar. Bu, yalnız o halda baş verməyə bilər ki, sentyabrda baş tutacaq Avropa çempionatında Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv qızıl medal qazansın. Lakin kişilərdən ibarət yığmamız ancaq təsnifat mərhələsi ilə irəliləyə bilər.

Xəbər 917 dəfə oxundu.