"Trabzonspor"un yeni hücumçusu bəlli oldu
Yeni prezidentinə qovuşan "Trabzonspor" klubu "Akhisar BS"un yunanıstanlı hücumçusu Teofanis Gekası transfer edib.

Qış fasiləsində Türkiyəyə gələn və qısa müddətə göstərdiyi çıxışlar və vurduğu qollarla seçilən 33 yaşlı futbolçu bundan sonra "bordo-mavili" klubun şərəfini qoruyacaq.

Təcrübəli forvard Trabzon təmsilçisi ilə 1+1 illik müqavilə imzalayıb. Türkiyə mətbuatının verdiyi məlumata görə klubun yeni baş məşqçisi Reşit Akçay və yeni idman direktoru Fatih Rekke bu transferin reallaşmasında böyük rol oynayıb.

Xəbər 787 dəfə oxundu.