«Neftçi» daha bir futbolçusu ilə yeni anlaşma imzalayıb
«Neftçi» daha bir futbolçusu ilə yeni anlaşma imzalayıb. «Ağ-qaralar»ın qapıçısı Saşa Stamenkoviç ikiillik müqaviləyə qol çəkib. Bakı klubunun vitse-prezidenti Tahir Süleymanov da xəbəri təsdiqləyib.

Qeyd edək ki, 2011-ci ildən «Neftçi»də çıxış edən (52 oyun) Stamenkoviç başa çatan mövsümün 30 oyununda meydanda olub və 2700 dəqiqə oynayıb.

Xəbər 768 dəfə oxundu.