Kuentrao Monakoya keçməyə yaxındır.
Madrid Realının müdafiəçisi Fabio Kuentrao bu yay komandasını tərk edə bilər. Portuqaliyalı futbolçuya əsas namizəd Monakodur. Knyazlıq klubu Fransa 1-ci liqasına vəsiqə əldə etdikdən sonra heyətini gücləndirməklə məşğuldur. Rusiyalı biznesmenin sahibi olduğu komanda Reala Kuentraoya görə 18 milyon avro təklif edib.Real isə onu 20 milyona satmaq istəyir. Kuentraonun özü də kral klubunu tərk etmək fikrindədir.

Xəbər 876 dəfə oxundu.