Alper Potukun qazancı açıqlandı
«Fənərbaxça» «Eskişəhərspor»dan transfer etdiyi Alper Potukun qazanacını açıqlayıb. Futbolçu Potuk 5 illik müqavilə üçün 8 milyon avro alacaq.

Belə ki, o, 2013-2014 mövsümündə 1.4, 2014-2015-də 1.5, 2015-2016-də 1.6, 2016-2017-də 1.7, 2017-2018-də isə 1.8 milyon avro qazanacaq. Bundan başqa Potuk 15 min avro matçbaşı alacaq.
Qeyd edək ki, «Fənərbaxça» Alper transferi üçün «Eskişəhərspor»a 6 milyon 250 min avro və Orhan Şamla Henri Byenvenu verib.

Xəbər 832 dəfə oxundu.